Modern.az

Deputatdan təklif: “Dilənçilərə dövlət hesabına yemək verilsin”

Deputatdan təklif: “Dilənçilərə dövlət hesabına yemək verilsin”

19 May 2020, 12:34

“Dilənçilərlə bağlı məsələ olduqca vacibdir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

 

O bildirib ki, koronavirusla bağlı karantin rejimi yumşalan kimi dilənçilər küçələrə çıxıb:

 

“Təklif edirəm ki, dilənçilər üçün sığınacaq yaradaq. Gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, dilənçiləri görürsən. Bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür”.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır